...

Şamaxı Astrofizika Rəsədxanası 60 yaşını qeyd edəcək

Cəmiyyət Materials 15 Avqust 2013 13:10 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR)60 illik yubileyi ilə əlaqədar konfrans keçiriləcək.
Şamaxı Astrofizika Rəsədxanası 60 yaşını qeyd edəcək

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) 60 illik yubileyi ilə əlaqədar konfrans keçiriləcək. Rəsədxanadan Trend-ə verilən məlumata görə, konfrans noyabrın 4-6-da olacaq.

Konfransa MDB-nin böyük rəsədxanalarının rəhbərləri ilə yanaşı, bir sıra tanınmış alimlər dəvət olunacaqlar.

Konfransda ŞAR-da 60-il ərzində aparılmış elmi-tədqiqat işləri barədə qısa məruzələr (Günəş fizikası, Günəş-Yer əlaqələri, ulduzlar fizikası və Günəş sistemi cisimləri) və dəvət olunmuş mütəxəssislər tərəfindən müasir astronomiyanın aktual problemlərinə həsr olunmuş mühazirələrin dinlənilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti