...

Avqustun son günləri Azərbaycanda hava necə olacaq?

Cəmiyyət Materials 28 Avqust 2013 11:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İ.İsabalayeva/

Yaxın iki gün ərzində Bakıda havanın temperaturu 34 dərəcədən yüksək olmayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, avqustun 29-da Bakıda və Abşeron yarımadasında hava az buludlu, yağmursuz olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 29-34 dərəcə isti olacaq.

Avqustun 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi saniyədə 7-12 metr sürəti ilə əsəcək. Gündüz çənub-şərq küləyi 8-13 m/san sürəti ilə əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 30-34 dərəcə isti olacaq.

Yaxın iki gün ərzində Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı gözlənilir.

Aran rayonlarında havanın temperaturu gündüz gecə 21-26, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti