...

“ASAN xidmət” 400 mindən artıq vətəndaşın müraciətini təmin edib

Cəmiyyət Materials 28 Avqust 2013 11:25 (UTC +04:00)
Yarandığı bu gündən indiyədək “ASAN xidmət” tərəfindən Azərbaycanda 400 mindən artıq vətəndaşa xidmət göstərilib.
“ASAN xidmət” 400 mindən artıq vətəndaşın müraciətini təmin edib

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İ.İzzət/

Yarandığı bu gündən indiyədək "ASAN xidmət" tərəfindən Azərbaycanda 400 mindən artıq vətəndaşa xidmət göstərilib.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Şöbənin rəis müavini Anar Hüseynovun sözlərinə görə, Agentliyin tabeliyində Bakı və Sumqayıtda fəaliyyət göstərən üç "ASAN xidmət" mərkəzi tərəfindən 367 mindən artıq, "ASAN xidmət" mərkəzlərinin təsis edilmədiyi bölgələrdə isə ASAN Səyyar Xidmət vasitəsilə 35 mindən artıq vətəndaşdan müraciət qəbul olunaraq təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti