...

Bakıda xüsusi təyinatlı avtomobillərə yol verməyən 165 sürücü məsuliyyətə cəlb edilib

Cəmiyyət Materials 29 Avqust 2013 14:41 (UTC +04:00)
Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı şəhəri ərazisində yol polisi tərəfindən keçirilmiş tədbirlər zamanı ilin əvvəlindən avqustun 28-dək yol hərəkəti qaydalarının pozulmasına görə ümumilikdə 487 min 903 inzibati protokol tərtib edilib.
Bakıda xüsusi təyinatlı avtomobillərə yol verməyən 165 sürücü məsuliyyətə cəlb edilib

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İ.İzzət/

Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı şəhəri ərazisində yol polisi tərəfindən keçirilmiş tədbirlər zamanı ilin əvvəlindən avqustun 28-dək yol hərəkəti qaydalarının pozulmasına görə ümumilikdə 487 min 903 inzibati protokol tərtib edilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisi qeyd edib ki, bunlardan 1980-i avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi, 2743-ü qəza şəraitinin yaradılması, 1397-si polisin əmrinə tabe olmama, 8859-u işıqforun qırmızı işığında hərəkət edilməsi, 91-i dəmiryolla kəsişən yolda yol hərəkəti qaydalarının pozulması, 79596-sı sürət həddinin aşılması, 1441-i avtomobilin dövlət nömrə nişanı olmadan idarə edilməsi, 165-i xüsusi təyinatlı avtomobillərin (polis, yanğınsöndürən, təcili tibbi yarım və s. ) hərəkəti zamanı sirenə yol verilməməsi, 2772-si ötmə-manevr etmə qaydalarının pozulması, 33298-i yolayrıcını keçmə qaydalarının pozulması, 180-i avtoxuliqanlıq, 3380-i isə avtomobilin sürücülük vəsiqəsi olmadan idarə edilməsi ilə bağlı olub.

Sərnişindaşıma ilə əlaqədar həm avtobus, həm də taksi sürücülərinə 2672 inzibati protokol yazılıb.

Bundan əlavə yol hərəkəti qaydalarını pozduqlarına görə 86382 piyada inzibati məsuliyyətə cəlb edilib.

Digər qayda pozuntularına (sükan arxasında telefonla danışma, təhlükəsizlik kəmərinin taxılmaması, avtomobilin texniki baxışdan keçirilməməsi və s.) görə isə 219 min inzibati prokotol tərtib edilib.

Qeyd edək ki, bu il yanvarın 1-dən avqustun 28-dək Bakıda 646 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 214 nəfər ölüb, 681 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti