...

Azərbaycanda mənimsəmədə təqsirli bilinən şirkət rəhbəri və işçilərinə hökm oxunub

Cəmiyyət Materials 29 Avqust 2013 15:03 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq yolu ilə vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə ittiham olunan Rövşən Nağızadə, İrina Podoqova və Marina Məmmədovanın cinayət işi üzrə məhkəmə başa çatıb.
Azərbaycanda mənimsəmədə təqsirli bilinən şirkət rəhbəri və işçilərinə hökm oxunub

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir A.Məmmədov/

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq yolu ilə vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə ittiham olunan Rövşən Nağızadə, İrina Podoqova və Marina Məmmədovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Rövşən Nağızadə 9 il 6 ay, İrina Podoqovana 8 il, Marina Məmmədova 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, "Rona" şirkətinin təsisçisi Rövşən Nağızadə, baş mühasib Marina Məmmədova və mühasib İrina Podoqova 2004-cü ildə "Space" telekanalında imkansız şəxslərə yardım adı altında "Mərhəmət sorağında" proqramını hazırlayıb təqdim ediblər.

Proqramda "Azercell" BM-nin ayırdığı nömrəyə tamaşaçıların göndərdiyi MS-lər şirkətin "Koçbank"dakı hesabına köçürülüb. Həmin şəxslər hesaba köçürülən 57445 manatı mənimsəməkdə təqsirləndirilirlər.

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 213.4-cü (külli miqdarda vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.
Təqsirləndirilən şəxslər 2010-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum ediliblər. Lakin Bakı Apelyasiya Məhkəməsi hökmü ləğv edib və işin yenidən araşdırılması üçün prokurorluğa qaytarıb. İş prokurorluqda araşdırıldıqdan sonra həmin şəxslərin cinayət işi yenidən baxılması üçün məhkəməyə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti