...

DSMF sədri Masallıda 7 rayonun məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları üçün qəbul keçirəcək

Cəmiyyət Materials 3 Sentyabr 2013 11:39 (UTC +04:00)
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 11 sentyabr 2013-cü il tarixdə, saat 10:00-da Fondun Masallı rayon şöbəsinin inzibati binasında Biləsuvar, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik və Lənkəran rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
DSMF sədri Masallıda 7 rayonun məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları üçün qəbul keçirəcək

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 11 sentyabr 2013-cü il tarixdə, saat 10:00-da Fondun Masallı rayon şöbəsinin inzibati binasında Biləsuvar, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik və Lənkəran rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Trend-in məlumatına görə, qəbulda iştirak edəcək vətəndaşların sentyabrın 11-də Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Masallı rayon şöbəsinə aparılıb gətirilmələri təmin olunacaq.

Vətəndaşlar qəbula yazılmaq və əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı, habelə aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34, Biləsuvar rayon şöbəsində (025) 295 - 00 - 22, Cəlilabad rayon şöbəsində (025) 245 -52- 60, Masallı rayon şöbəsində (025) 215 - 61- 02, Astara rayon şöbəsində (025) 225 - 13- 35, Yardımlı rayon şöbəsində (025) 206 -12- 33, Lerik rayon şöbəsində (025) 274- 40 - 31, Lənkəran rayon şöbəsində (025) 255-08-59.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti