...

Bir neçə şəhər və rayonun təbii qaz təchizatında məhdudiyyətlər var

Cəmiyyət Materials 3 Sentyabr 2013 13:23 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar 03 sentyabr 2013-cü il tarixdə saat 10:00-dan 18:00-dək “Alatava” QPS-dən qidalanan “Tbilisi prospekti” orta təzyiqli qaz kəməri, saat 10:00-dan 16:00-dək “Ramanı”, “Yeni Suraxanı”, “Xalçaçılıq” QPS-lərdən qidalanan ”Alko” və “Dəniz limanı” ölçü qovşaqları, saat 10:00-dan 17:00-dək “Binə” QPS-dən Binə qəsəbəsinə gedən 219 mm-lik orta təzyiqli qaz xətti, saat 11:00-dan 16:00-dək “Mərdəkan bağları” QPS, saat 10:00-dan 13:00-dək “Mingəçevir” ölçü qovşağı, saat 14:00-dan 17:00-dək isə “ Şəki” və “Gəncə 1-ci xətt” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.
Bir neçə şəhər və rayonun təbii qaz təchizatında məhdudiyyətlər var

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Təmir işləri ilə əlaqədar 03 sentyabr 2013-cü il tarixdə saat 10:00-dan 18:00-dək "Alatava" QPS-dən qidalanan "Tbilisi prospekti" orta təzyiqli qaz kəməri, saat 10:00-dan 16:00-dək "Ramanı", "Yeni Suraxanı", "Xalçaçılıq" QPS-lərdən qidalanan "Alko" və "Dəniz limanı" ölçü qovşaqları, saat 10:00-dan 17:00-dək "Binə" QPS-dən Binə qəsəbəsinə gedən 219 mm-lik orta təzyiqli qaz xətti, saat 11:00-dan 16:00-dək "Mərdəkan bağları" QPS, saat 10:00-dan 13:00-dək "Mingəçevir" ölçü qovşağı, saat 14:00-dan 17:00-dək isə " Şəki" və "Gəncə 1-ci xətt" ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq. Bu barədə Trend-ə ARDNŞ-in "Azəriqaz" İB-dən verilən məlumatda deyilir.

Məlumatda bildirilir ki, təmir işləri aparılan müddətdə Yasamal və Binəqədi rayonlarının Tbilisi prospekti ətrafı ərazilərində, Sabunçu rayonunun Ramana qəsəbəsi, Suraxanı rayonunun Yeni Suraxanı və Zığ qəsəbələri, Xətai rayonunun Nobel prospektinin bir hissəsi, Xəzər rayonunun Mərdəkan qəsəbəsinin bir hissəsi, Mərdəkan bağları ərazisi və Binə qəsəbəsi, Şəki şəhəri də daxil olmaqla Şəki rayonunun, Mingəçevir və Gəncə şəhərlərinin bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti