...

TQDK: Kolleclərə qəbul olanlar üçün qeydiyyat müddəti uzadılmayacaq

Cəmiyyət Materials 5 Sentyabr 2013 17:03 (UTC +04:00)
Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər üçün qeydiyyat müddəti uzadılmayacaq.
TQDK: Kolleclərə qəbul olanlar üçün qeydiyyat müddəti uzadılmayacaq

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər üçün qeydiyyat müddəti uzadılmayacaq. Bunu Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildiriblər.

Komissiyanın məlumatına görə, 2013-2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisəsində qeydiyyatı sabah saat 17:00-da başa çatır.

Həmin vaxta qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti