...

Azərbaycanda 9 illik bazadan kolleclərə əlavə yerləşdirmə aparılacaq

Cəmiyyət Materials 6 Sentyabr 2013 17:42 (UTC +04:00)
Azərbaycanda 2013-2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında kolleclərə əlavə yerləşdirmə aparılacaq.
Azərbaycanda 9 illik bazadan kolleclərə əlavə yerləşdirmə aparılacaq

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 2013-2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında kolleclərə əlavə yerləşdirmə aparılacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, bu gün ümumi orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul olan abituriyentlərin daxil olduqları təhsil müəssisələrində qeydiyyatı başa çatıb. Qəbul olmuş abituriyentlərin 86 faizi daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçib. Ümumilikdə TQDK 1900-ə yaxın vakant yeri üzrə yenidən yerləşdirmənin aparılması üçün elan verəcək. Boş qalan plan yerləri sentyabrın 9-da açıqlanacaq.

2013/2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar avqustun 29-dan sentyabrın 6-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçiblər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti