...

Suriyadakı rusiyalılar təxliyyə olunur

Cəmiyyət Materials 8 Sentyabr 2013 13:47 (UTC +04:00)
Rusiya Fövqəladə Hallar Nazirliyi Suriyanı tərk etmək istəyən rusiyalılar üçün təyyarə göndərib.
Suriyadakı rusiyalılar təxliyyə olunur

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Rusiya Fövqəladə Hallar Nazirliyi Suriyanı tərk etmək istəyən rusiyalılar üçün təyyarə göndərib. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, Bu barədə RF FHN-in rəsmi nümayəndəsi İrina Rossius bildirib.

Xanım Rossius deyib ki, bu gün səhər "İl-76" markalı təyyarə Latakiyaya uçub. Təyyarə Suriyadan bu ölkəni tərk etmək istəyən Rusiya, eləcə də bəzi MDB dövlətlərinin vətəndaşlarını götürəcək".

Təyyarənin göyərtəsində uçuş zamanı sərnişinlərə kömək edəcək FHN-in operativ əməliyyat qrupu və psixoloqlar da var.

Xəbər lenti

Xəbər lenti