Azərbaycan, Bakı, 17 sentyabr /Trend/
Sentyabrın 21-də iqtisadi inkişaf naziri Şahin Mustafayev Kürdəmir şəhərində İmişli, Kürdəmir və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: Kürdəmir şəhəri, Bakı prospekti, 18) təşkil olunacaqdır.
Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin pulsuz 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi (Ünvan: Yevlax şəhəri, H.Əliyev prospekti, 34, əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 336-73-10, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected], [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadi inkişaf nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.