...

Azərbaycanın din xadimlərinin iştirakı ilə konfrans keçirilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 19 Sentyabr 2013 13:06 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə cümə axşamı Bakıda Respublikanın din xadimlərinin iştirakı ilə konfrans keçirilir.
Azərbaycanın din xadimlərinin iştirakı ilə konfrans keçirilib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə edilib (İlk xəbər 11:18-də yayılıb)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir M.Əliyev/

Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə cümə axşamı Bakıda respublikanın din xadimlərinin iştirakı ilə konfrans keçirilir.

Trend-in məlumatına görə, konfrans oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlıdır.

QMİ Elmi-Dini Şurasının sədri Vasim Məmmədəliyev tədbiri açıq elan edərək bildirib ki, prezident seçkiləri Azərbaycan xalqının həyatında taleyüklü məsələdir: "Xalq öz taleyini kimə tapşırmağı düşünür, dindarlar da öz növbəsində istəyirlər ki, buna öz münasibətini bildirsinlər".

V. Məmmədəliyev qeyd edib ki, son illər Azərbaycanın əldə etdiyi nailiyyətlər göz qabağındadır. O çışıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, inkişafının təməlinin qoyulmasında olan əvəzsiz xidmətlərindən bəhs edib. V.Məmmədəliyev daha sonra Prezident İlham Əliyevin son 10 ildə əldə etdiyi nailiyyətlərdən danışıb: "Azərbaycan çox böyük templə inkişaf edir. 150-dən artıq dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilib, neft sektorunun inkişafı, qeyri-neft sektorunun genişlənməsi, təhsil, səhiyyə sistemindəki inkişaf göz qabağındadır".

Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr bildirib ki, Azərbaycan xalqı 9 oktyabrda doğru seçim edəcək: "Bizim üçün də Azərbaycanın gələcək inkişafı olduqca maraqlıdır. Azərbycanda son illər baş verən dəyişikliklər heyrətamizdir".

Rus Pravoslav Kilsəsinin fəaliyyətinə sovetlər dönəmində böyük maneələr yaradıldığını deyən Aleksandr ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsi ilə münasibətin dəyişdiyini də vurğulayıb.

O qeyd edib ki, ölkədə məscidlərlə yanaşı kilsələr də abadlaşdırılır: "Yaxın günlərdə Bakı Yeparxiyasının Mədəniyyət Mərkəzinin açılışı olacaq. Bu da bir daha dövlət başçısının diqqətinin göztəricisidir".

Tədbirdə çıxış edən Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev bildirib ki, Prezident İlham Əliyev Azərbaycan ərazisində yaşayan bütün xalqların nümayəndələrinə bərabər münasibət bəsləyir: "Bizim Azərbaycanda kiçik xalq olmağımıza baxmayaraq, Prezident İlham Əliyev daima bayramlarımızı təbrik edib". Milix Yevdayev vurğulayıb ki, İlham Əliyevin səyi nəticəsində Azərbaycanda "qara qızıl" insan kapitalına çevirilir. Bu da gələcəyə yatırılan vəsaitdir: "Dağ yəhudiləri də özlərinin və övladlarının taleyini ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyevə etibar edirlər".

Tədbirdə çıxış edən digər din xadimləri də Azərbaycanda gedən inkişafdan danışıblar, qarşıdan gələn prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcəklərini vurğulayıblar.

Qeyd edək ki, konfransdan öncə Azərbaycan dindarları toplantısının iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra toplantı iştirakçıları Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə gül dəstələri düzüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti