...

Bakıda saxta ətir satışının qarşısı alınıb

Cəmiyyət Materials 19 Sentyabr 2013 17:15 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 201 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əliyev Ruslan Vaqif oğluna məxsus mağazada aparılan yoxlama zamanı “EVOHA” əmtəə nişanının təqlidi olan və üzərində “EAU DE PARFUM” sözləri yazılmış saxta ətirlərin satışı aşkar edilərək satışdan çıxarılıb.
Bakıda saxta ətir satışının qarşısı alınıb

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 201 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əliyev Ruslan Vaqif oğluna məxsus mağazada aparılan yoxlama zamanı "EVOHA" əmtəə nişanının təqlidi olan və üzərində "EAU DE PARFUM" sözləri yazılmış saxta ətirlərin satışı aşkar edilərək satışdan çıxarılıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidmətinin araşdırmaları zamanı "EVOHA" əmtəə nişanının sahibi tərəfindən istehsal olunan ətirlərin etiketində "EAU DE PARFUM" sözlərinin yazılmadığı müəyyən edilib.

Saxta mallar satmaqla haqsız rəqabətə yol verdiyinə görə Dövlət Xidməti tərəfindən fiziki şəxs Ruslan Əliyev barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidməti istehlakçılara ətir alarkən diqqətli olmağı, üzərində "EAU DE PARFUM" (ətirli su) sözləri yazılmış "EVOHA" əmtəə nişanlı ətirləri almamağı tövsiyə edir.

İstehlakçılardan bu cür saxta ətirlərin satışı ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti