...

Milli Onkologiya Mərkəzi ilə İsrailin "Masav" təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Cəmiyyət Materials 24 Sentyabr 2013 13:23 (UTC +04:00)
Azərbaycanın Milli Onkologiya Mərkəzinin potensialının gücləndirilməsi məqsədilə Milli Onkologiya Mərkəzi və İsrailin "Masav" təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Milli Onkologiya Mərkəzi ilə İsrailin "Masav" təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın Milli Onkologiya Mərkəzinin potensialının gücləndirilməsi məqsədilə Milli Onkologiya Mərkəzi və İsrailin "Masav" təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Trend-in məlumatına görə, imzalanma mərasimində çıxış edən Milli Onkologiya Mərkəzinin rəhbəri Cəmil Əliyev mərkəzin fəaliyyəti, burada onkoloji xəstəliklərdən əziyyət çəkən xəstələr üçün yaradılan şərait barəsində geniş məlumat verib.

C.Əliyev qeyd edib ki, mərkəz bütün lazım olan kimyəvi preparatlarla, yüksək səviyyəli və Avropa standartlarına cavab verən avadanlıqlarla təchiz olunub.

İsrail tərəfdən müqaviləyə imza atan bu ölkənin Azərbaycandakı səfiri Rafael Harpaz, öz növbəsində qeyd edib ki, İsrailin "Maşav" təşkilatı ilə Milli Onkologiya Mərkəzi arasında imzalanan əməkdaşlıq müqaviləsinin əsas məqsədi səhiyyə sahəsində təlimlərin keçirilməsi, Azərbaycanın səhiyyə işçilərinin İsraildə səhiyyə sahəsində təcrübə keçərək Azərbaycana töhfə vermələrindən ibarətdir.

Səfirin sözlərinə görə, bu gün imzalanan əməkdaşlıq müqaviləsi səhiyyə sahəsində töhfvələr verən, ilk növbədə spesifik olaraq onkologiya sahəsində bağlanan əməkdaşlıqdir: "Mən Azərbaycana səfir təyin olunanda bəzi sahələri özüm üçün prioritet təyin etmişdim ki, bu sahələrdə əməkdaşlıq mütləq və vacibdir. Həmin sahələr su texnologiyaları, telekommunikasiya, kənd təsərrüfatı və eyni zamanda səhiyyə sahəsi idi. Bu mərkəz çox gözək inkişaf etmiş və çox gözəl avadanlıqlarla təmin olunan bir mərkəzdir. Bizim niyyətimiz buradakı həkimlərə təlimlər vermək, öz bilik və bacarıqlarımızı yerli həkimlərlə bölüşməkdir. İsrail və Azərbaycan höküməti arasında bir çox sahələrdə, eyni zamanda tibb sahəsində də əməkdaşlıq mövcuddur. Lakin bu gün spesifik sahədə belə bir müqavilənin imzalanması bizim münasibətlərimizi daha da dərinləşdirir və genişləndirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti