...

Azərbaycanın orta məktəblərində müəllimlər üçün fərqli ödəniş sistemi tətbiq ediləcək

Cəmiyyət Materials 24 Sentyabr 2013 13:09 (UTC +04:00)
Azərbaycanın ümumtəhsil müəssisələrində diferensial ödəniş sisteminin tətbiq edilməsi nəzərdə tutulur.
Azərbaycanın orta məktəblərində müəllimlər üçün fərqli ödəniş sistemi tətbiq ediləcək

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın ümumtəhsil müəssisələrində diferensial ödəniş sisteminin tətbiq edilməsi nəzərdə tutulur. Bu barədə Trend-ə Təhsil Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd edilib ki, əməkhaqqının diferensial yanaşma əsasında müəyyənləşdirilməsi zəruridir. Bu, müəllimlərin fəaliyyətlərini də stimullaşdırar: "Müəllimlərin peşəkarlığı, onların karyera inkişafı və fəaliyyətlərinin stimullaşdırılması, yeni metodlara verdikləri önəmə görə əməkhaqqının diferensial yanaşma əsasında müəyyənləşdirilməsi zəruridir. Bununla bağlı ümumtəhsil müəssisələrində diferensial ödəniş sisteminin tətbiqi nəzərdə tutulur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti