...

Türkiyədə yeni pilotsuz kəşfiyyat təyyarəsi yaradılacaq

Cəmiyyət Materials 25 Sentyabr 2013 11:37 (UTC +04:00)
Türkiyəninin Milli Kəşfiyyat İdarəsi ölkənin Elmi-Texniki Araşdırmalar Mərkəzi Şurasına (TÜBİTAK) Amerikanın "Global Hawk" pilotsuz təyyarəsi tipli yeni uçan pilotsuz kəşfiyyat təyyarəsinin layihəsini yaratmağı tapşırıb.
Türkiyədə yeni pilotsuz kəşfiyyat təyyarəsi yaradılacaq

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyəninin Milli Kəşfiyyat İdarəsi ölkənin Elmi-Texniki Araşdırmalar Mərkəzi Şurasına (TÜBİTAK) Amerikanın "Global Hawk" pilotsuz təyyarəsi tipli yeni uçan pilotsuz kəşfiyyat təyyarəsinin layihəsini yaratmağı tapşırıb. Bu barədə Trend "Zaman" qəzetinə istinadən xəbər yayıb.

Nəşrin məlumatına görə, TÜBİTAK səmada maksimum şəkildə çox və göyərtəsində təxminən 500 kiloqram faydalı yük daşıya bilən pilotsuz təyyarə yaratmaq niyyətindədir. Bundan əlavə yeni pilotsuz təyyarə üzərindən uçduğu ərazilərin şəkilini çəkə və dinləyə biləcək.

Daha əvvəl Türkiyə ilk dəfə "ANKA" tipli ilk pilotsuz təyyarə istehsal edib. Onun yaradılması barədə işlər 2004-cü ildən aparılıb. Layihə üzərində 180 mühəndis çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti