...

Builki tələbə qəbulu kampaniyasının yekun statistik rəqəmləri açıqlandı

Cəmiyyət Materials 27 Sentyabr 2013 11:53 (UTC +04:00)
Azərbaycanda 2013-2014-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası başa çatıb. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədi Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bu gün qəbul kampaniyası ilə bağlı yekun statistik rəqəmləri açıqlayıb.
Builki tələbə qəbulu kampaniyasının yekun statistik rəqəmləri açıqlandı

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 2013-2014-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası başa çatıb. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında builki qəbul kampaniyası ilə bağlı yekun statistik rəqəmləri açıqlayıb.

Komissiya sədri qeyd edib ki, bu il ali təhsl müəssisələrinə keçirilən qəbul imtahanlarında 96 720 nəfər iştirak edib. Onlardan 42,98 faizi 0-100 bal, 21,99 faizi 100-200 bal, 13,84 faizi 200-300 bal, 15,65 faizi 300-500 bal, 5,55 faizi 500-700 bal toplaıb. Abituriyentlərdən 1617 nəfəri 600 baldan yuxarı nəticə göstərib. Yüksək bal toplayan abituriyentlər respublikanın demək olar ki, bütün rayon və şəhərlərini təmsil edirlər. Yüksək nəticə göstərən abituriyentlərin sayı I qrupda 365, II qrupda 301, III qrupda 495, IV qrupda 400 nəfərddir. 6 nəfər isə maksimal nəticə -700 bal əldə edib. Onlardan 4-ü III qrupun, 2-i IV qrupun abituriyentləridir.

Bu il ali təhsil müəssisələri üçün ayrılmış 36484 plan yerinə 33878 nəfər qəbul olub. Ali məktəblərə qəbul planı 92,76 faiz dolub.

M.Abbaszadə bildirib ki, li təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə qəbul imtahanının ilk mərhələsində 21078 nəfər bakalavr iştirak edib. Onlardan 11 274 nəfəri bakalavr proqramı seçimndə iştirak edərək II mərhələyə buraxılıb.

Bu il magistraturaya qəbul üçün 6794 plan yeri ayrılıb. Həmin yerlərə 5432 nəfər bakalavr qəbul olub. Bu il magistraturaya qəbul planı 79,86 faiz dolub.

Komissiya sədrinin sözlərinə görə, bu il buraxılış imatahlarında 9-cu siniflər üzrə 117275 nəfər, 11-ci siniflər üzrə 86632 nəfər iştriak edib. Buraxılış imtahanlarında 9-cu siniflər üzrə 68497 (58,141 faiz), 11-ci siniflər üzrə isə 62494 (72,14 faiz hər iki fənn üzrə) müvəffəq qiymət alıb. İmtahanlarda Ana dili fənni üzrə 9-cu siniflər 79583 nəfər (67,96 faiz), 11-ci siniflər üzrə 69230 nəfər (80,10 faiz), riyaziyyat fənni üzrə isə 9-cu siniflərdə 81970 nəfər (69,90 faiz), 11-ci siniflərdə isə 69 315 nəfər (80,01 faiz) uğurlu nəticə göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti