...

BMT Azərbaycanla bağlı beynəlxalq "Photolernace" müsabiqəsini elan etdi (FOTO)

Cəmiyyət Materials 27 Sentyabr 2013 12:17 (UTC +04:00)
BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında BMT-nin Sivilizasiyaların Alyansı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Azərbaycan - Tolerantlıq məkanı" adlı fotosərgisi çərçivəsində "Photolerance" (Fotolerans) adlı beynəlxalq gənclər fotomüsabiqəsinin təqdimat mərasimi keçirilib.
BMT Azərbaycanla bağlı beynəlxalq "Photolernace" müsabiqəsini elan etdi (FOTO)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İzzət/

BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında BMT-nin Sivilizasiyaların Alyansı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Azərbaycan - Tolerantlıq məkanı" adlı fotosərgisi çərçivəsində "Photolerance" (Fotolerans) adlı beynəlxalq gənclər fotomüsabiqəsinin təqdimat mərasimi keçirilib. Bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Müsabiqənin məqsədi müasir dünya gənclərinin foto sənəti vasitəsilə əks olunan tolerantlığa baxışlarını beynəlxalq ictimaiyyətin diqqətinə təqdim etmək və bu yaradıcı üslübla dini və mədəniyyətlərarası tolerantlığı dünya miqyasında təşviq etməkdir.

Layihənin beynəlxalq təqdimatını həyata keçirən dünya şöhrətli fotoqraf Reza Deqati belə bir beynəlxalq təşəbbüsün məhz dünyada sülhün və inkişafın təmin edilməsi məqsədilə yaradılmış BMT-nin mənzil-qərargahında keçirilməsinin böyük məna daşıdığını vurğulayaraq, BMT Sivilizasiyaların Alyansı və DQİDK-nə layihəyə verdikləri dəstək üçün öz təşəkkürünü bildirib.

Müsabiqənin 18-25 yaşlı gənclər auditoriyası üçün nəzərdə tutulduğunu bildirən sənətkar, bu nəcib təşəbbüs vasitəsilə dünya gənclərinin milli, irqi və dini zəmində baş verən münaqişələrə qarşı mövqe nümayiş etdirmələri üçün təsirli vasitə olacagına öz inamını ifadə edib.

Layihənin əhəmiyyətini qeyd edən BMT-nin Sivilizasiyaların Alyansı üzrə Ali nümayəndəsi cənab Nassir Abdulaziz Al-Nasser təmsil etdiyi qurumun bu təşəbbüsün dünya miqyasında tanıdılması və uğurla həyata keçirilməsi üçün çalışacağını vurğulayıb.

Qeyd olunub ki, "Photolerance" müsabiqənin qalibləri 2014-cü ildə BMT Sivilizasiyaların Alyansının növbəti Qlobal Forumunda elan ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti