...

Azərbaycandan olan zəvvarların bir hissəsi Həcc ziyarətinə yola düşüb

Cəmiyyət Materials 3 Oktyabr 2013 09:37 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə bildiriblər ki, zəvvarları aparan iki təyyarə bu gün səhər yola düşüb.
Azərbaycandan olan zəvvarların bir hissəsi Həcc ziyarətinə yola düşüb

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycandan olan zəvvarların bir hissəsi Həcc ziyarətinə yola düşüb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə bildiriblər ki, zəvvarları aparan iki təyyarə bu gün səhər yola düşüb.

Qeyd edək ki, Azərbaycanda bu il də Həcc ziyarəti ancaq təyyarə ilə həyata keçirilir. Zəvvarlar 80 qrupa bölünüb, hər qrupda 45-55 nəfər olacaq.

Ümumilikdə, bu il Azərbaycandan təxminən 3600 zəvvarın Həccə getməsi nəzərdə tutulub.

Xatırladaq ki, ziyarət bu il iki variantda təşkil olunub. Nisbətən zəif şəraitli, gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün isə xərc 4100 manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti