...

Ucqar məktəblərdə davamiyyətə nəzarət üçün tədbirlər həyata keçiriləcək

Cəmiyyət Materials 9 Oktyabr 2013 14:30 (UTC +04:00)
Ucqar orta məktəblərdə şagirdlərin davamiyyətinə nəzarət məqsədilə davamlı tədbirlər həyata keçiriləcək.
Ucqar məktəblərdə davamiyyətə nəzarət üçün tədbirlər həyata keçiriləcək

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Ucqar orta məktəblərdə şagirdlərin davamiyyətinə nəzarət məqsədilə davamlı tədbirlər həyata keçiriləcək. Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, bu tədbirlər yerli təhsil orqanları və digər aidiyyəti təşkilatlarla birgə aparılacaq.

Təhsil Nazirliyi eyni zamanda, 12 illik təhsil sisteminə keçidin nə zaman gerçəkləşəcəyinə aydınlıq gətirib. Nazirlik bildirib ki, 12 illik təhsilə keçidlə bağlı zəruri tədbirlərin həyata keçirilməsi "Azərbaycan - 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti