...

Lerikdə soyuq hava səsvermənin aktivliyinə təsir göstərməyib

Cəmiyyət Materials 9 Oktyabr 2013 15:08 (UTC +04:00)
Lerik rayonunda da seçicilərin aktivliyi müşahidə olunur. Hətta dağlıq ərazilərə yağan qarın gətirdiyi soyuq hava səsvermənin aktivliyinə təsir göstərməyib.
Lerikdə soyuq hava səsvermənin aktivliyinə təsir göstərməyib

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Lerik rayonunda da seçicilərin aktivliyi müşahidə olunur. Hətta dağlıq ərazilərə yağan qarın gətirdiyi soyuq hava səsvermənin aktivliyinə təsir göstərməyib.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, Lerik rayonunda seçkinin tam ədalətli və şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb. Belə ki, Lerik rayon 78 saylı dairə seçki komissiyasına daxil olan 108 məntəqədə bütün lazımi tədbirlər görülüb, 5 məntəqədə isə veb-kamera quraşdırılıb. 78 saylı Lerik seçki dairəsi, ümumilikdə rayon üzrə 29 835 seçici qeydə alınıb ki, bunların da 910 nəfəri ilk dəfə səs verənlərdir.

Lerik rayonunda seçki prosesinə start veriləndən 2 nəfər ATƏT, 2 nəfər isə MDB ölkələrindən olmaqla qısamüddətli müşahidəçilər qeydiyyatdan keçib. 757 nəfər isə yerli müşahidəçi kimi məntəqələrdə seçkiləri izləyir.

Səsvermədə iştirak edən sakinlər isə seçkilərin şəffaf keçirildiyini və rahat şəkildə öz istədikləri namizədlərə səs verdiklərini bildirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti