...

Azərbaycanda qeysəriyyə kəsiyi əməliyyatı xüsusi icazə ilə mümkün olacaq

Cəmiyyət Materials 22 Oktyabr 2013 13:42 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin çərşənbə axşamı keçirilən iclasında “Əhalinin sağlamlığı haqqında” qanuna dəyişiklik olunub.
Azərbaycanda qeysəriyyə kəsiyi əməliyyatı xüsusi icazə ilə mümkün olacaq

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin çərşənbə axşamı keçirilən iclasında "Əhalinin sağlamlığı haqqında" qanuna dəyişiklik olunub. Trend-in məlumatına görə, layihəni parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli təqdim edib.

H.Rəcəbli bildirib ki, qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına imkan verən klinikalar və şəxslər məsuliyyətə cəlb olunacaqlar. Dəyişikliklər bu sahədə sui-istifadə hallarının qarşısının alınmasına xidmət edəcək.

Dəyişikliyə əsasən, qeysəriyyə kəsiyi əməliyyatının dövlət və qeyri-dövlət tibb müəssisələrində aparılmasına icazə verilir və bu icazə tibb müəssisələrinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti