...

Mikayıl Cabbarov: Təhsilin inkişafı üzrə Dövlət Strategiyası yeni hədəflər müəyyənləşdirir

Cəmiyyət Materials 25 Oktyabr 2013 12:24 (UTC +04:00)
Nazirin sözlərinə görə, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil sisteminin dünya təhsil sisteminə uyğunlaşdırılması üçün hədəflər müəyyənləşdirilib.
Mikayıl Cabbarov: Təhsilin inkişafı üzrə Dövlət Strategiyası yeni hədəflər müəyyənləşdirir

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Ölkə Prezidentinin bu il oktyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib. Onun sözlərinə görə, fəaliyyət planında tədbirlərin icra müddətləri də müəyyənləşəcək.

Nazirin sözlərinə görə, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil sisteminin dünya təhsil sisteminə uyğunlaşdırılması üçün hədəflər müəyyənləşdirilib.

Bu sənədin imzalanmasını Azərbaycan təhsili üçün çox önəmli sayan nazir onu strateji bir sənəd adlandırıb: "Dünən Azərbaycan təhsil tarixində əlamətdar bir gün oldu, cünki cənab İlham Əliyev tərəfindən yeni strategiya imzalandı. Bu, strateji, çox əhatəli bir sənəddir, qarşımızda yeni hədəflər müəyyənləşdirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti