...

Əbülfəs Qarayev: Artıq beynəlxalq təşkilatlar qərarlar qəbul edərkən Azərbaycanın sözünü eşidirlər

Cəmiyyət Materials 29 Oktyabr 2013 18:02 (UTC +04:00)
Parisdə UNESCO-nun mənzil qərargahında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə təşkil olunan büro iclasında dekabrın 2-dən 7-dək Bakıda keçiriləcək UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına dair məlumatın təqdimatı olub.
Əbülfəs Qarayev: Artıq beynəlxalq təşkilatlar qərarlar qəbul edərkən Azərbaycanın sözünü eşidirlər

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Parisdə UNESCO-nun mənzil qərargahında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə təşkil olunan büro iclasında dekabrın 2-dən 7-dək Bakıda keçiriləcək UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına dair məlumatın təqdimatı olub.

Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ə.Qarayev Azərbaycan nümayəndə heyətinin sessiyaya hazırlığının artıq başa çatdığını bildirib. Onun sözlərinə görə, iclasda bəzi ölkələrdə acınacaqlı vəziyyətdə olan ənənələr, tarixi abidələr, qeyri-maddi mədəni irs nümunələri və onlara UNESCO tərəfindən göstəriləcək maddi yardımlar da müzakirə olunub.

İclasda Mali, Keniya, Vyetnam və Uqandaya yardım göstərilməsi qərara alınıb.

Nazir deyib ki, artıq bu cür beynəlxalq təşkilatlar qərarlar qəbul edərkən Azərbaycanın sözünü eşidirlər və ölkəmiz bu qərarların qəbul olunması ilə bağlı keçirilən yığıncaqlara sədrlik edir.

Eyni zamanda, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkəmizi tanıtmaq istiqamətində UNESCO-da, eləcə də Fransada təşkil etdiyi müxtəlif tədbirlər belə nəticəyə gəlməyə imkan verir ki, Azərbaycanın nüfuzu hər yerdə yüksəkdir. Bunlar olmadığı təqdirdə bu gün Azərbaycanın güclü bir mövqedən çıxış etməsi mümkün olmayacaq.

Ə.Qarayev UNESCO-nun baş direktoru İrina Bokovanı dekabrın 2-dən 7-dək Bakıda keçiriləcək Hökumətlərarası Komitənin 8-ci sessiyasına dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti