...

BDU Zagreb Universiteti ilə memorandum imzalayıb (FOTO)

Cəmiyyət Materials 30 Oktyabr 2013 14:30 (UTC +04:00)
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Xorvatiyanın Zagreb Universitetinin rektoru Aleksa Byeliş ilə görüşüb.
BDU Zagreb Universiteti ilə memorandum imzalayıb (FOTO)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Xorvatiyanın Zagreb Universitetinin rektoru Aleksa Byeliş ilə görüşüb.

BDU-nun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Aleksa Byeliş BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. Qarşılıqlı maraq doğuran görüşün sonunda universitetlərarası beynəlxalq əlaqələrin inkişafı barədə Anlaşma Memorandumu imzalanıb. Memorandumda tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, birgə layihələr üzərində elmi araşdırmalar aparılması, alimlərin və müəllimlərin ixtisaslarını artırma məqsədi ilə təcrübə mübadiləsi, birgə seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti