...

Bakı Rabitə Kollecinin direktor müavini barəsində cinayət işi başlandı

Cəmiyyət Materials 4 Noyabr 2013 16:39 (UTC +04:00)
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktor müavininin qanunsuz hərəkətləri barədə Ağcabədi rayon sakinlərinin müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Bakı Rabitə Kollecinin direktor müavini barəsində cinayət işi başlandı

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktor müavininin qanunsuz hərəkətləri barədə Ağcabədi rayon sakinlərinin müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı kollecin direktor müavini Ələmdar Əliyevin öz qulluq mövqeyindən istifadə etməklə müxtəlif vaxtlarda Ağcabədi rayon sakinlərindən onların övladlarını kollecə qəbul etdirəcəyi adı altında ümumilikdə 5.200 manat məbləğində pul vəsaitini alaraq aldatmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti