...

Bakının bağlanan mərkəzi küçəsində təmir işlərinə başlanılıb

Cəmiyyət Materials 5 Noyabr 2013 13:41 (UTC +04:00)
Bu gündən etibarən Bakının Səbayıl rayonunda İzzət Nəbiyev küçəsində təmir işlərinə start verilib.
Bakının bağlanan mərkəzi küçəsində təmir işlərinə başlanılıb

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gündən etibarən Bakının Səbayıl rayonunda İzzət Nəbiyev küçəsində təmir işlərinə start verilib. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P.Mürsəliyev qeyd edib ki, uzunluğu 900 metr, eni 10 metr təşkil edən küçədə köhnə asfalt-beton örtüyü qaşınaraq çıxarılır, eləcə də yolun müxtəlif hissələrində yararsız bardürlər yeniləri ilə əvəzlənir.

Onun sözlərinə görə, hava şəraiti normal keçərsə, yaxın 5 gündə təmir işlərinin başa çatdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti