...

Zakir Qaralov: Magistral yollarda daş, çınqılın ağırtonnajlı maşınlarla deyil, dəmir yolu ilə daşınması üçün Baş nazirə müraciət edilib

Cəmiyyət Materials 15 Noyabr 2013 12:32 (UTC +04:00)
Gecə vaxtı Azərbaycanda sərnişin avtobuslarının hərəkəti məhdudlaşdırılıb ki, bu da yol qəzalarının sayının azalmasına səbəb olub.
Zakir Qaralov: Magistral yollarda daş, çınqılın ağırtonnajlı maşınlarla deyil, dəmir yolu ilə daşınması üçün Baş nazirə müraciət edilib

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir İ.İzzət/

Gecə vaxtı Azərbaycanda sərnişin avtobuslarının hərəkəti məhdudlaşdırılıb ki, bu da yol qəzalarının sayının azalmasına səbəb olub. Trend-in məlumatına görə, bunu Baş prokuror Zakir Qaralov Azərbaycan Respublikası Ali Məhkəməsinin bu gün keçirilən Plenumunda çıxışı zamanı deyib.

Z.Qaralovun sözlərinə görə, ictimai nəqliyyat vasitəsini idarə edən şəxs sərxoş olmamalıdır: "Bunlara nəzarət təkmilləşdirilmiş formada olmalıdır. Biz Baş nazirə müraciət etmişik ki, magistral yollarda daş, çınqıl ağırtonnajlı maşınlarla deyil, dəmir yolu ilə daşınsın ki, bu əlavə qəzalara gətirib çıxarmasın.

Baş prokuror, həmçinin qeyd edib ki, yol qəzaları ilə əlaqədar tibbi-ekspertiza rəyinin vaxtında verilməsi işlərinin təkmilləşdirilməsinə dair təkliflər verilməlidir: "Bu sahədə ciddi təkmilləşdirməyə ehtiyac var. Biz bu sahədə mübarizəni gücləndirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti