...

Ramil Usubov: Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi üçün ciddi tədbirlər görülsə də, problemlər var

Cəmiyyət Materials 15 Noyabr 2013 12:42 (UTC +04:00)
Dünyada il ərzində baş verən yol-nəqliyyat hadisələr nəticəsində ölənlərin sayı 1,2 milyon nəfərə, xəsarət alanların sayı 20 milyon nəfər çatıb.
Ramil Usubov: Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi üçün ciddi tədbirlər görülsə də, problemlər var

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir İ.İzzət/

Dünyada il ərzində baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı 1,2 milyon nəfərə, xəsarət alanların sayı 20 milyon nəfər çatıb. Dəyən maddi ziyanın həcmi isə 500 milyard dollardır. Trend-in məlumatına görə, bunu daxili işlər naziri Ramil Usubov Azərbaycan Respublikası Ali Məhkəməsinin bu gün keçirilən Plenumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi üçün ciddi tədbilər görülür. Lakin problem və nöqsanlar da var.

R.Usubovun sözlərinə görə, son 4 ildə baş vermiş yol qəzalarının 40,6 faizi sürət həddinin aşılması, 33,3 faizi ötmə və manevr etmə qaydalarının pozulması, 3,2 faizi isə sürücülərin nəqliyyat vasitələrini sərxoş halda idarə etməsi ilə bağlıdır.

Nazir qeyd edib ki, bununla bağlı DİN-in Baş İstintaq İdarəsinin rəhbərliyinə müvafiq göstəriş veriləcək və bu məsələ xüsusi diqqətdə saxlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti