...

Türkdilli xalqların ortaq terminlər lüğətləri yaradılacaq

Cəmiyyət Materials 15 Noyabr 2013 16:42 (UTC +04:00)
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova Trend-ə bildirib ki, ortaq terminologiya müxtəlif sahələr - texnika, informatika və s. üzrə yaradılacaq:
Türkdilli xalqların ortaq terminlər lüğətləri yaradılacaq

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Türkdilli xalqların ortaq terminologiyası yaradılacaq.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova Trend-ə bildirib ki, ortaq terminologiya müxtəlif sahələr - texnika, informatika və s. üzrə yaradılacaq:

"Artıq ortaq texniki terminlər lüğətinin hazırlanması istiqamətində işlər aparılır. 2013-cü ildə bu lüğətin I, 2014-cü ildə isə II hissəsi nəşr olunacaq. Türkdilli ölkələr üçün texniki terminlər lüğəti yaradıldıqdan sonra informatika sahəsi üzrə ortaq terminoloji lüğətin hazırlanmasına başlanacaq. Ortaq terminologiya yaradıldıqdan sonra artıq türkdilli ölkələrdə eynimənalı terminlərdən istifadə edilərkən ortaq terminlər əsas götürüləcək".

S.Sadıqova deyib ki, hazırda türk dillərinin əksəriyyətində daha çox birbaşa ingilis dilindən terminlər alınır. Onun sözlərinə görə, bu gün istər Azərbaycanda, istərsə də digər türkdilli ölkələrdə yeni yaranan sözlərin 90 faizini terminlər təşkil edir. Dili inkişaf etdirməkdən ötrü isə ilk növbədə terminologiya məsələləri müzakirə edilməlidir.

Komissiyanın sədr müavini qeyd edib ki, dilimizə daxil olan terminlərin özününküləşdirilməsi yolları müəyyən edilməlidir: "Vaxtilə bizim dilimizə ərəb və fars dillərində olan xeyli termin keçib. Onların əksəriyyəti dilimizdə özünə yer tapıb. Artıq onlar ərəb və fars dillərində işlənməyən mənalarda bizim dilimizdə işlənir. Dilin gələcək inkişafını müəyyənləşdirmək birinci növbədə terminlərlə bağlıdır. Ona görə də bu problem yalnız Azərbaycanda deyil, bütün türkdilli ölkələrdə geniş şəkildə müzakirə olunur və bu istiqamətdə işlər aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti