Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Təhsil Nazirliyi orta məktəblərin qışa hazırlıq vəziyyətini dəyərləndirib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, ölkədə 1656 məktəb istilik sistemi ilə təmin olunub. Məktəblərin 310-u elektrik sobalarından, 469-ı mavi yanacaqdan, 386-ı duru yanacaqdan, 1680-i odundan istifadə edərək qızdırılır.
Nazirlikdən deyilib ki, məktəblərin qışa hazırlıq vəziyyəti qənaətbəxşdir. Bununla belə, məktəblərdə müəyyən problemlər var. Onların da aradan qaldırılması istiqamətində tədbirlər görülür.