...

Melbrun Universitetində Nizami Gəncəvi və onun irsinə həsr olunmuş toplantı keçiriləcək

Cəmiyyət Materials 22 Noyabr 2013 09:49 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi cari ilin dekabr ayında Avstraliyada keçiriləcək İdarə Heyyətinin IV toplantısı çərcivəsində Melbrun Universitetində Nizami Gəncəvi və onun irsinə həsr olunmuş toplantı təşkil edəcək.
Melbrun Universitetində Nizami Gəncəvi və onun irsinə həsr olunmuş toplantı keçiriləcək

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi cari ilin dekabr ayında Avstraliyada keçiriləcək İdarə Heyyətinin IV toplantısı çərcivəsində Melbrun Universitetində Nizami Gəncəvi və onun irsinə həsr olunmuş toplantı təşkil edəcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, Melbrun Universitetində dahi Azərbaycan şairi Nizami Gəncəviyə məxsus olan çoxlu sayda orijinal əlyazmalar mövcuddur və dünyada ilk dəfə əlyazmaların səsli DVD açıqlamalarını hazırlayıb. O cümlədən Melbrun Universiteti artıq 2 dəfə əlyazmalar üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Melbrun Universitet kitabxanası arasında birgə əməkdaşlıq, qarşılıqlı səfərlərin təşkili və alimlərə hər iki qurumun arxivlərini araşdırmaq şəraitinin yaradılması, mövcud əlyazmaların elektron nüsxələrinin yaradılması sahəsində Əməkdaşlıq Memorandumu da imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti