...

Həftənin ilk iş günü hava yağmursuz olacaq

Cəmiyyət Materials 1 Dekabr 2013 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

Dekabrın 2-də Azərbaycan ərazisində hava yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu gecə 7-10, gündüz 14-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı gözlənilir.

Havanın temperaturunun gecə 2-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti