Türkiyə, İstanbul, 6 dekabr /Trend, xüsusi müxbir A.Axundov/
IV Xəzər Forumu 25 iyul 2014-cü ildə keçiriləcək. Bu barədə Trend-ə Xəzər Strateji İnstitutunun (institut forumun təşkilatçısı kimi çıxış edir) baş katibi Haldun Yavaş bildirib.
H.Yavaş deyib: "Növbəti Forum Nyu-Yorkda keçiriləcək. Forumun mövzuları və dəvət olunmuş şəxslərin siyahısı hələ müəyyən olunmayıb. Mərasimin proqramı yanvar ayında bilinəcək".