...

Penitensiar Xidmətin rəisi: Azərbaycanın cəzaçəkmə müəssisələrində oğru ideyalarının inkişaf etməsinə qətiyyən yol verilmir

Cəmiyyət Materials 12 Dekabr 2013 11:23 (UTC +04:00)
Azərbaycanın cəzaçəkmə müəssisələrində oğru ideyalarının inkişaf etməsinə qətiyyən yol verilmir. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev bildirib.
Penitensiar Xidmətin rəisi: Azərbaycanın cəzaçəkmə müəssisələrində oğru ideyalarının inkişaf etməsinə qətiyyən yol verilmir

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın cəzaçəkmə müəssisələrində oğru ideyalarının inkişaf etməsinə qətiyyən yol verilmir. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev bildirib.

M.Quliyev deyib ki, bəzi KİV-də cəzaçəkmə müəssisələrində "qanuni oğrular"ın müəyyən ixtiyar sahibi olması barədə gedən informasiyalar həqiqətəuyğun deyil: "Təbii ki, cinayətkar aləmə yaxın olan məhkumlar müəyyən addımlar atmağa cəhd edirlər. Bu, ötən əsrin əvvələrində də mövcud olub. Ancaq Penitensiar xidmətin əməkdaşları lazımi əməliyyat apararaq bunun qarşısını alır".

PX rəisi, həmçinin deyib ki, Azərbaycanın cəzaçəkmə müəssisələrində məhkumlar əsasən narkotik cinayətlərinə görə cəza çəkirlər. Bu, ümumi məhkumların sayının beşdə bir hissəsini təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti