...

2014-cü ilin sonunadək Azərbaycanda bütün əlillər və müharibə veteranlarına avtomobil veriləcək

Cəmiyyət Materials 29 Dekabr 2013 17:16 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində avtomobil növbəsinə durmuş bütün əlillər və müharibə veteranları gələn il ərzində avtomobilləri alacaqlar.
2014-cü ilin sonunadək Azərbaycanda bütün əlillər və müharibə veteranlarına avtomobil veriləcək

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəyə dayanmış bütün əlillər və müharibə veteranlarına 2014-cü il ərzində avtomobil veriləcək. Trend-in məlumatına görə, bu barədə bazar günü jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, Qarabağ müharibəsi və 20 Yanvar faciəsi iştirakçıları ilin birinci yarısında, digər kateqoriyalara aid şəxslər isə 2014-cü ilin sonuna kimi avtomobil alacaqlar.

Bu məqsədlərlə "NAZ Lifan" avtomobil zavodu 650 avtomobil verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti