...

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun kadr hazırlığı ilə bağlı hesabatı açıqlanıb

Cəmiyyət Materials 2 Yanvar 2014 12:51 (UTC +04:00)
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu 2013-ci il üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi haqqında hesabatını açıqlayıb.
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun kadr hazırlığı ilə bağlı hesabatı açıqlanıb

Azərbaycan, Bakı, 2 yanvar /Trend/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun kadr hazırlığı ilə bağlı hesabatı açıqlanıb.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu 2013-ci il üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi haqqında hesabatını açıqlayıb.

İnstitutun Elmi Şurasından verilən məlumata əsasən, bu il yüksək ixtisaslı kadr hazırlığı istiqamətində uğurlu addımlar atılıb. Belə ki, institutun əməkdaşlarından siyasi elmlər üzrə 1 nəfər - Sənan Həsənov fəlsəfə doktoru, 1 nəfər - Esma Əmirilyasova elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə ediblər.

Fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmiş 3 əməkdaş Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq diplomunu alıblar.

İnstitutda doktorantura, dissertantura və elmlər doktoru hazırlığı üzrə qəbul 2011-ci ildən başlayaraq AR-nın Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixində təsdiq etdiyi "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları " haqqında 129 saylı Qərara əsasən keçirilir.

2013-cü ildə fəlsəfə doktoru proqramı üzrə doktorantura pilləsinə 5 ixtisasa uyğun 6, dissertantura üzrə 10 ixtisasa uyğun 12, elmlər doktoru hazırlığı üzrə 11 yer (dissertantura yolu ilə) ayrılıb və həmin yerlərə qəbul prosesi davam edir.

Hazırda 181-i elmi işçi olmaqla, institutda 295 əməkdaş çalışır. Onlardan 31-i elmlər doktoru, 100 nəfəri isə fəlsəfə doktorudur. İnstitutun doktoranturasında 58, dissertanturasında 57, o cümlədən 16 nəfər əcnəbi vətəndaş dissertant kimi təhsil alırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti