...

QHT-lərə Dövlət Dəstəyi Şurasında xarici qonaqlarla görüş keçirilib

Cəmiyyət Materials 7 Yanvar 2014 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Tələbələr Birliyinin "Gənclər fəaliyyətdə" proqramı çərçivəsində Bakıda təşkil etdiyi "Gənclərin işsizlik problemi" mövzusuna həsr edilən konfransın nümayəndələri ilə görüş keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qonaqlara ölkəmizin vətəndaş cəmiyyətinin keçdiyi inkişaf yolu və mövcud vəziyyəti haqqında məlumat verib. F.Qurbanov Şuranın yaradılma məqsədi və fəaliyyət istiqamətləri haqqında ətraflı danışaraq indiyədək Azərbaycan QHT-lərinin 2000-ə qədər layihəsinə dəstək verildiyini bildirib. Şuranın ötən ildən xarici QHT-lər üçün də qrant müsabiqəsi elan etdiyini vurğulayan icraçı direktor Şuranın beynəlxalq əlaqələrə hər zaman böyük önəm verdiyini söyləyib.

Xatırladaq ki, görüşdə İspaniya, Fransa, Bolqarıstan, Ukrayna, Portuqaliya, Gürcüstan, Moldova, Yunanıstan, Belarusiya, İtaliya, Rumıniya və Gürcüstanı təmsil edən qonaqlar iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti