...

Bakıda bəzi sürücülərin məsuliyyətsizliyi (VİDEO, FOTO)

Cəmiyyət Materials 10 Yanvar 2014 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.Mehdiyev/

Bakının Heydər Əliyev prospektindən şəhər istiqamətinə - körpünün altından keçməklə əks tərəfə hərəkət zamanı hündürlüyü 2,5 metrdən yuxarı olan avtomobillərin hərəkətinə qadağa qoyulub. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə ki, buna baxmayaraq, bəzi məsuliyyətsiz sürücülər qanunu pozaraq nişana məhəl qoymadan hündür avtomobilləri qadağan olunan ərazidən sürürlər. Bu da nəticədə digər minik avtomobillərinin hərəkətində problemlər yaradır.

P.Mürsəliyev sürücüləri bir da məsuliyyətli olmağa və qaydaya əməl etməyə çağırıb.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti