Azərbaycan, Bakı, 11 yanvar /Trend/
Milli Məclisin deputatı Novruz Aslanov yanvarın 10-da seçiciləri ilə görüşmək məqsədilə İsmayıllı rayonuna səfər edib.
Trend-in məlumatına görə, həmişə olduğu kimi, bu dəfə də deputat hər bir seçicini fərdi qaydada qəbul edib, onları dinləyib. Qaldırılan məsələlər, əsasən, sosial yönümlü məsələlərdən ibarət olub. Ayrı-ayrı sakinlər şəxsi məişət problemləri barədə də millət vəkilinə müraciət ediblər. Bir neçə məsələ ilə bağlı deputat müvafiq addımların atılacağını bildirib.
Məlumat üçün bildirək ki, seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi, onları hər həftə qəbul etmək deputat N.Aslanovun əsas fəaliyyət istiqamətlərindən biridir. Hər il bu məqsədlə İsmayıllı rayonuna mütəmadi olaraq səfərlər edilir.