...

Azərbaycanda aparılan notarial əməliyyatların sayı azalıb

Cəmiyyət Materials 14 Yanvar 2014 17:12 (UTC +04:00)
Ötən il Azərbaycanda ümumən 3 562 659 notarial əməliyyat aparılıb. Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən bildiriblər.
Azərbaycanda aparılan notarial əməliyyatların sayı azalıb

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İ.İzzət/

Ötən il Azərbaycanda ümumən 3 562 659 notarial əməliyyat aparılıb. Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən bildiriblər.

Bunlardan 2 546 328-i (71%) xüsusi notariusların, 1 016 331-i (29%) isə dövlət notariuslarının payına düşüb. Xüsusi notariuslarda aparılan əməliyyatların sayının artması ötən il ölkədə "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması ilə əlaqədardır.

Qeyd edək ki, 2012-ci illə müqayisədə ötən il ölkədə aparılan notarial əməliyyatların sayı 19% azalıb. Belə ki, inişil ölkədə 4 419 331 notarial əməliyyat aparılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti