...

İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər

Cəmiyyət Materials 17 Yanvar 2014 18:15 (UTC +04:00)
20 Yanvar – Ümummilli hüzn günü ilə əlaqədar Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu və İstehlak Mallarının Ekspertizası Mərkəzinin əməkdaşlarının iştirakı ilə şəhidlərin xatirəsinin anım mərasimi keçirilmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

20 Yanvar - Ümummilli hüzn günü ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu və İstehlak Mallarının Ekspertizası Mərkəzinin əməkdaşlarının iştirakı ilə şəhidlərin xatirəsinin anım mərasimi keçirilmişdir.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasimdə çıxış edənlər Sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşiliklərin və Azərbaycan xalqına qarşı həyata keçirilən qətllərin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını vurğulamışlar. Bildirilmişdir ki, Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək, Sovet rəhbərliyinə qarşı açıq etiraz etmiş, Sovet imperiyası tərəfindən törədilmiş bu cinayəti dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Məhz Ümummilli Liderin təşəbbüsü ilə 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilmişdir.

Bu gün ölkə rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda həlak olanların, şəhid ailələrinin, qaçqınların, məcburi köçkünlərin, müharibə və 20 Yanvar əlillərinin, veteranların sosial təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı qərarlar qəbul edilir, hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir, onlara dövlət qayğısı göstərilir və xatirələri dərin ehtiramla yad edilir.

Tədbirdə dövlət tərəfindən şəhid ailələrinə və əlillərinə göstərilən qayğı və diqqət yüksək qiymətləndirilmiş, azadlıq mübarizəmizin şanlı səhifəsi kimi xalqımızın yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsinin heç bir zaman unudulmayacağı, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş və şəhidlik zirvəsinə yüksəlmiş insanların xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti