...

Azərbaycanda 250-ə yaxın İranlı məhbus cəza çəkir

Cəmiyyət Materials 19 Yanvar 2014 15:50 (UTC +04:00)
Hazırda Azərbaycan həbsxanalarında 250-ə yaxın İranlı məhbus cəza çəkir.
Azərbaycanda 250-ə yaxın İranlı məhbus cəza çəkir

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir T.Cəfərov/

Hazırda Azərbaycan həbsxanalarında 250-ə yaxın İranlı məhbus cəza çəkir.

Bu sözləri İranın Azərbaycandakı səfirliyinin konsulluq məsələləri üzrə məsul şəxsi Möhsün Molayi deyib. Bu barədə bazar günü Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, M.Molayi İslam Peyğəmbərinin mövludu münasibəti ilə şənbə günü 7 saylı cəzaçəkmə müəssəsində saxlanılan İranlı məhbuslarla görüşüb. Görüşdə İranlı məhbusların istəkləri və problemləri ilə tanış olub. Müəssənin rəhbərliyi ilə həmin problemlərin həlli üçün danışıqlar aparıb.

Görüşdə həmçinin İranlı məhbuslar cəzalarının qalan hissəsinin İran həbsxanalarında çəkmək arzusunda olduqlarını deyiblər ki, Molayi bu məsələ ilə bağlı məhbusların mübadiləsinə dair müqavilə çərçivəsində Azərbaycan rəsmilər ilə danışıqlar aparıldığını deyib.

Molayi əlavə edib ki, Azərbaycan həbsxanalarında cəza çəkən İranlı məhbusların böyük əksəriyyəti narkotik maddələrin qaçaqmalçılığında ittham olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti