...

Azərbaycanda uşaqlara qoyulan ən populyar adların siyahısı açıqlanıb

Cəmiyyət Materials 21 Yanvar 2014 12:38 (UTC +04:00)
2013-cü ildə doğulan oğlan uşaqlarına daha çox Yusif, Əli, Hüseyn, Ömər və Məhəmməd adları qoyulub.
Azərbaycanda uşaqlara qoyulan ən populyar adların siyahısı açıqlanıb

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İzzət/

2013-cü ildə doğulan oğlan uşaqlarına daha çox Yusif, Əli, Hüseyn, Ömər və Məhəmməd adları qoyulub.

Qız uşaqlarına qoyulan adlar sırasında isə Zəhra, Nuray, Fatimə, Ayan və Aylin adları çoxluq təşkil edib. Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən bildirilib.

Qeyd edək ki, ötən il Azərbaycanda doğulan uşaqların sayı artıb. 2012-ci ildə ölkədə 168 183 uşaq dünyaya gəlmişdisə, ötən il bu göstərici 3,3% artaraq 173 666 nəfər olub.

Baş İdarənin müvafiq qurumlarına soyad sonluqlarının dəyişdirilməsi üçün müraciət edənlərin də sayı artıb. 2012-ci ildə bununla bağlı 2479 nəfər müraciət etmişdisə, ötən il bu rəqəm 2497 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti