...

Standartlaşdırma Komitəsi: Azərbaycanda "Halal" standartı üzrə məhsul istehsal olunmur

Cəmiyyət Materials 24 Yanvar 2014 18:53 (UTC +04:00)
Azərbaycanın müəssisələrində "Halal" standartına müvafiq kolbasa və sosis istehsal olunmur.
Standartlaşdırma Komitəsi: Azərbaycanda "Halal" standartı üzrə məhsul istehsal olunmur

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın müəssisələrində "Halal" standartına müvafiq kolbasa və sosis istehsal olunmur. Trend-in məlumatına görə, bunu Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkədə "Halal" milli standartının bütün tələblərinə riayət etməklə bu məhsulları istehsal edə bilən müəssisə yoxdur.

Bazarda "Halal" adı altında məhsulların mövcudluğu məsələsinə toxunan R.Həsənov bildirib ki, bu yalnız qeydiyyat nişanıdır və mövcud məhsulun qeyd edilən standarta uyğunluğunu təsdiq etmir.

Komitə sədrinin sözlərinə görə, həmin istehsalçılara qeydiyyat nişanını dəyişdirmək tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti