...

TQDK sədri: Özəl universitetlərə qəbul olanlar əsasən dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir

Cəmiyyət Materials 28 Yanvar 2014 14:01 (UTC +04:00)
Hazırda da özəl ali təhsil müəssisələrinə qəbul olanlar əsasən dövlət ali təhsilmüəssisələrinə qəbul ola bilməyənlərdir ki, onların da böyük əksəriyyətinin biliyi kafi səviyyəsindən yuxarı deyil.
TQDK sədri: Özəl universitetlərə qəbul olanlar əsasən dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Hazırda da özəl ali təhsil müəssisələrinə qəbul olanlar əsasən dövlət ali təhsilmüəssisələrinə qəbul ola bilməyənlərdir ki, onların da böyük əksəriyyətinin biliyi kafi səviyyəsindən yuxarı deyil. Trend-in məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə 2013-cü il üzrə qəbul imtahanlarının nəticələrinə həsr olunan konfransda bildirib.

O deyib ki, 2013-cü ildə sənəd verənlər arasında özəl ali təhsil müəssisələrinin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 5.02 faiz olub. 2000-ci illərin əvvəllərində bu göstərici 0.67 faiz olub: "On ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu sahədə irəliləyiş çox azdır. Bu baxımdan 2010-cu ilə qədər yalnız ödənişli əsaslarla təhsil verdiyi üçün özəl ali təhsil müəssisələrinə əsasən bu cür abituriyentlərin qəbul olması həmin ali təhsil müəssisələrinin dövlət ali təhsil müəssisələri ilə rəqabət aparmaq imkanlarını məhdudlaşdırırdı. Bu gün özəl ali təhsil müəssisələri dövlət ali təhsil müəssisələri ilə dövlət sifarişi əsasında qəbul aparılan yerləri tutmaq üçün rəqabət aparmaq və ümumiyyətlə, daha bilikli gəncləri özlərinə cəlb etmək üçün həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsil haqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər. Lakin təəssüf ki, bir çox özəl ali təhsil müəssisələri bu məsələdə o qədər də maraqlı deyillər".

M.Abbaszadə əlavə edib ki, ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul olan gənclərin bilik səviyyələri bir-birindən ciddi fərqlənir. Bu amil də birinci kursların tədris planlarında mütləq nəzərə alınmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti