Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yevlax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə bu günlərdə yeni direktor təyin olunacaq. Bu barədə Trend-ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.
E.Babayev direktor əvəzi Rövşən Məhərrəmovun işdən azad edildiyi barədə yayılan məlumatları təsdiq edib.
O bildirib ki, mərkəzdə direktor əvəzi olan R.Məhərrəmov işdən azad olunub. Onu müvəqqəti olaraq Natiq Məmmədov əvəz edir.