...

Azərbaycan ərazisində ən çox qar cənub bölgəsinə düşüb

Cəmiyyət Materials 1 Fevral 2014 10:53 (UTC +04:00)
Yanvarın 31-dən fevralın 1-dək Azərbaycan ərazisində ən çox qar cənub bölgəsinə düşüb. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Azərbaycan ərazisində ən çox qar cənub bölgəsinə düşüb

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir İ.İsabalayeva/

Yanvarın 31-dən fevralın 1-dək Azərbaycan ərazisində ən çox qar cənub bölgəsinə düşüb. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, qar örtüyünün hündürlüyü Lənkəranda 52 sm, Lerikdə 50 sm, Astara 37 sm, Göytəpədə 32 sm, Yardımlıda 34 sm, Kəlvəzdə isə 14 sm olub.

Qarın hündürlüyü Kiçik Qafqaz ərazisində - Daşkəsəndə 17 sm, Gədəbəydə 9 sm, Göygöldə 24 sm, Gəncədə 7 sm, Şəmkirdə 4 sm, Tovuzda 5 sm, Ağstafada isə 7 sm olub.

Mərkəzi Aran rayonlarında qarın hündürlüyü 2-10 sm, Göyçayda 15 sm, Böyük Qafqaz ərazisində - İlisuda 13 sm, Şəkidə 18 sm, Sarıbaşda 27 sm, Zaqatalada 10 sm, Kişdə 15 sm, Oğuzda 20 sm, Qəbələdə 16 sm, İsmayıllıda 21 sm, Şamaxıda 16 sm, Qubada 18 sm, Xaçmazda isə 17 sm olub.

Paytaxt Bakı və Abşeron yarımadasında qarın hündürlüyü 15 sm, Sumqayıtda isə 24 sm olub.

Məlumata görə, hazırda Azərbaycanın əksər rayonlarında qar yağmaqda davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti