...

Milli Televiziya və Radio Şurası telekanallara xəbərdarlıq etdi

Cəmiyyət Materials 10 Fevral 2014 16:56 (UTC +04:00)
Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
Milli Televiziya və Radio Şurası telekanallara xəbərdarlıq etdi

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir E.Mehdiyev/

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, iclasda "İctimai Televiziya və Radio Yayımları Şirkəti" və "Space Müstəqil Tele-radio Şirkəti" tərəfindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.

Milli Televiziya və Radio Şurasının qərarına əsasən, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 35.2, 35.7, 35.8-ci maddələrinin tələblərini pozduğuna görə "İctimai Televiziya və Radio Yayımları Şirkətinə, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 35.7-ci maddəsinin tələblərini pozduğuna görə isə "Space Müstəqil Tele-radio Şirkəti"nə xəbərdarlıq elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti