...

Azərbaycanda gənclər və gənc alimlər barədə məlumat bankının ilkin versiyası hazırlanıb

Cəmiyyət Materials 11 Fevral 2014 17:01 (UTC +04:00)
Dövlət gənclər siyasətinin ən vacib istiqamətlərindən biri vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin həyata keçirilməsidir. Trend-in məlumatına görə, bu barədə gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib.
Azərbaycanda gənclər və gənc alimlər barədə məlumat bankının ilkin versiyası hazırlanıb

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir E.Mehdiyev/

Dövlət gənclər siyasətinin ən vacib istiqamətlərindən biri vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin həyata keçirilməsidir. Trend-in məlumatına görə, bu barədə gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib.

Nazir müavini deyib ki, gənclər üçün bu gün daha aktual və həyata keçirilməsi zəruri olan məsələlər "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının tədbirlər planında öz əksini tapıb: "Həmçinin, gənclərin vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə edilməsi sahəsində bir çox işlər görülüb. Bununla bağlı respublikanın bir çox rayon və şəhərlərində məktəblilər arasında "Şahin", "Sərhəd" hərbi-idman, "Cəsurlar" hərbi-idman və turizm oyunları, "Azərbaycançılıq məfkurəsi və gənclik" adlı təbliğat kampaniyaları, gənclər üçün "Azərbaycan doğma diyarımdır" adlı vətənpərvərlik yay istirahət düşərgələri, "Hünər" VIII Vətənpərvərlik mahnıları festivalı keçirilib".

İ.Babayev vurğulayıb ki, gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı ilə əlaqədar Gənclər və İdman Nazirliyi tərəfindən istedadlı gənclər və gənc alimlər barədə məlumat bankının ilkin versiyası, proqram təminatı və əsasnamə layihəsi hazırlanıb: "Digər icraçı qurumlar tərəfindən də oxşar məlumat bazaları yaradılıb. Təhsil Nazirliyi tərəfindən "Olimpiada qalibləri haqqında" məlumat bazası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən "Tələbə-məzun" dövlət elektron məlumat sistemi, Elmin İnkişaf Fondu tərəfindən "Gənc alim və mütəxəssislər barədə" məlumat bankları yaradılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti